Modern.az

Maliyyə Nazirliyi 1500-dən çox QHT-yə xəbərdarlıq etdi

Maliyyə Nazirliyi 1500-dən çox QHT-yə xəbərdarlıq etdi

24 Aprel 2012, 17:46

Mais Piriyev: “Hesabat dövründə qeyri-hökumət təşkilatının maliyyə fəaliyyətinin olmaması onu maliyyə hesabatlarını təqdim etmək öhdəliyindən azad etmir”

Qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Artıq 1 aprel 2012-ci il tarixədək illik maliyyə hesabatlarını təqdim etməyən qeyri-hökumət təşkilatlarına Maliyyə Nazirliyi tərəfindən yazılı xəbərdarlıq edilib.

Bu barədə Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev Modern.az-a bildirib. O qeyd edib ki, hesabat dövrü ərzində qeyri-hökumət təşkilatının maliyyə fəaliyyətinin olmaması onu maliyyə hesabatlarını təqdim etmək öhdəliyindən azad etmir və həmin təşkilatlar boş hesabat formalarını müşayiət məktubu ilə birlikdə təqdim etməlidir:

“Qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə, Maliyyə Nazirliyi həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə hesabatın 30 gün müddətində təqdim edilməsinə dair göstəriş verir”. 

M.Piriyev onu da bildirib ki, bugünkü tarixə 1635 qeyri-hökumət təşkilatı və 75 xarici qeyri-hökumət təşkilatının filial və nümayəndəliyi 2011-ci il üzrə illik maliyyə hesabatlarını təqdim etməyib.
Nazirlik rəsmisi həmin təşkilatlara müraciət edərək göstərilən müddət ərzində illik maliyyə hesabatlarını verməyi tələb edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu