Modern.az

Göyçayda üç avtomobil toqquşdu: xəsarət alanlar var

Göyçayda üç avtomobil toqquşdu: xəsarət alanlar var

8 Aprel 2020, 21:45

Göyçay şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  APA-ya istinadən  xəbər verir ki, hadisə bu gün axşam saatlarında Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb.

"Opel", "BMW" və "VAZ 21011" markalı minik avtomobillərinin iştirakı ilə baş verən zəncirvarı yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslər Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəsarət alan şəxslərin adları dəqiqləşdirilir.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI