Modern.az

Cəhənnəmdəki juliklər...

Cəhənnəmdəki juliklər...

Təhsil

24 Aprel 2012, 18:20

Hərdən düşünürəm ki, görəsən Dağlıq Qarabağ münaqişəsi başlamasaydı və biz əvvəlki kimi yenə də ermənilərlə mehriban kirvəlik münasibətlərini davam etdirsəydik, o halda bu gün siyasət meydanında at oynadan iqtidarlı – müxalifətli yüzlərlə, minlərlə siyasətçinin məşğuliyyəti nə olardı, onlar hansı peşənin qulpundan yapışıb xoşbəxt edərdilər?
Yaxud Qarabağ münaqişəsi olmasaydı, Azərbaycanda daha kimlər prezident, baş nazir və ya parlament sədrliyinə iddialı olardı? Tutaq ki, o zaman AXC adlı xalq hərəkatı yaratmağa lüzum olardımı, həmin hərəkat birləşib legitim prezidenti məcburi istefaya göndərərdimi? Bəs AXC iqtidarının özünü necə Heydər Əliyev necə devirərdi? Bir sözlə, cavabını gözləyən sual, sadalamağa dərd-bəla çox.
Bircə onu əminliklə deyə bilərəm ki, erməni məsələsi olmasaydı, indi tamam başqa məmləkətdə və tamam başqa sosial durumda yaşayırdıq. Ola bilsin nə YAP adlı siyasi təşkilat mövcud idi, nə də onu məsxərəyə qoyan bir çox müxalif lider, ancaq sadə vətəndaşın həyatını yüngülləşdirən hər şey vardı. Ola bilsin ölkədə indiki kimi əyrilik, oğurluq, rüşvət – korrupsiya, yalan – palan ayaq tutub yerimirdi, məmur özbaşınalığı əndazəni aşmamışdı, vəzifə başında duranlar millətə kəm baxmırdı, ancaq əvəzində milyonların arzusu - çörək, əyin – baş, gün – güzəran dərdi yox idi...
Əlqərəz, erməni məsələsi olmasaydı, bu gün bir başqa Azərbaycan varıydı, ancaq olmadı, qoymadılar, bəlkə də fələk belə istədi, görünür, Rəbbimiz də bizləri ilahi sınağa çəkmək üçün belə məsləhət bildi...

Qəribəsi odur ki, bizdəki kimi ümummilli pərgarın pozulması, nizamın xaosla əvəzlənməsi eynilə Ermənistanda da oxşar ahənglə müşayiət olundu.
Ermənistanda keçmişi ləkəli özündənbəylər meydana çıxıb, orda  qondarma liderlər, qiyam qəhrəmanları, kürsü oğruları, sərvət ovçuları, xalqın bostanında turp əkməkdən doymayan ipiqırıq, zatıpozuq ünsürlər meydan sulayır. Orda erməni xalqı bir ovuc qansoranın girovluğundadır. Erməni olanda nə olar, axı onların da bir insan kimi yaşamağa, dolanmağa haqları var. Ancaq bu haqları eynən bizdə olduğu kimi hər addımbaşı tapdayırlar, kimsədən də qorxu – ürkü yox.
Ancaq deyəsən bizdən fərqli olaraq ermənilər xoşbəxtliklərini qamarlamış sapı özlərindən olan baltalarından qurtulmaq üçün hərəkətə keçiblər.
Mayın 6 – da bu ölkədə - keçmiş Qərbi Azərbaycan torpaqlarında parlament seçkiləri keçiriləcək. Ölkənin birinci prezidenti Levon Ter – Petrosyansa “qan – qan” deyir və Köçəryan – Sərkisyan cütlüyünü ölkəni viran qoyaraq cəhənnəmə çevirməkdə ittiham edir. Keçmiş prezidentin ötən şənbə İrəvanın Azadlıq meydanındakı çıxışı isə olduqca maraqlı alınıb və oxucularımın oxuması məsləhətdir:
“Mən şişirdib eləmirəm, bizim ölkəmiz əsl cəhənnəmə çevrilib. Ölkə rəhbərliyində oğrular, juliklər, xalqı fəlakətə sürükləyən satqınlar kök salıb. 1998 – ci ildə Köçəryanın hakimiyyətə gəlməsindən bu yana Ermənistanı bir milyon adam tərk edib, Sərkisyansa növbəti dəfə prezident olsa daha bir milyon adam qaçacaq. Bəs Ermənistanın axırı necə olacaq? O qonşu Türkiyə və Azərbaycanın çobanları üçün otlaq yerinə çevriləcək”.

Sizi bilmirəm, mən bu erməni köpəyoğlunun dediklərinə inanmaq istəyirəm və arzu edirəm ki, tarixi ədalət bərpa olunsun və indi Ermənistan adlanan bu cəhənnəm azəri və türk çobanlarının gəlişiylə cənnətə çevrilsin. Mən əminəm ki, o vaxt Azərbaycanda da fərqli hakimiyyət, fərqli davranış, fərqli həyat tərzi bərqərar olacaq...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu