Modern.az

Milli Məclisin 7 deputatı ABŞ və Almaniyaya səfər edəcək

Milli Məclisin 7 deputatı ABŞ və Almaniyaya səfər edəcək

Təhsil

24 Aprel 2012, 18:58

Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Azərbaycan-ABŞ münasibətlərinin 20 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün bir qrup deputat aprelin 25-dən 27-dək Vaşinqtonda səfərdə olacaqlar. Səfərdə ölkəmizi millət vəkilləri Səməd Seyidov, Sevinc Fətəliyeva, Asim Mollazadə, Ceyhun Osmanlı və Cavanşir Paşazadə təmsil edəcəklər.

Qeyd edilib ki, Vaşinqtonda 30-dək senator və konqresmenin iştirakı ilə keçiriləcək “Azərbaycan-ABŞ əlaqələrinin 20 illiyi: nailiyyətlər və perspektivlər” adlı konfransda 20 il uğurlu əməkdaşlıq təcrübəsi: gələcəyə baxış, Tərəfdaşlığımızın əsas istiqamətləri: Xəzər hövzəsində enerji və təhlükəsizlik və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Tədbirdə nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və Asim Mollazadə çıxış edəcək, qarşılıqlı  münasibətlərin inkişaf yoluna nəzər salacaqlar.

Mayın 1-də və 3-də isə deputat Asim Mollazadə İllinoys və Luiziana ştatlarında olacaq, burada Azərbaycan-ABŞ əlaqələrinin 20 illiyinə həsr olunmuş tədbirlərə qatılacaqdır.

Modern.az-ın məlumatına görə, Millət vəkilləri Rövşən Rzayev və Aydın Abbasov isə aprelin 26-da Berlin şəhərinə yola düşəcəklər. Deputatlar Almaniya Bundestaqında bu ölkənin Qeyri-hökumət təşkilatlarının və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri ilə görüş keçirəcəklər. Görüşdə cari ilin may ayında ölkəmizdə keçiriləcək “Eurovision” mahnı müsabiqəsi ərəfəsində görülən işlər, Azərbaycan həqiqətləri və bəzi qüvvələrin ölkəmizə qarşı qarayaxma kampaniyası barədə faktlar QHT və KİV nümayəndələrinin diqqətinə çatdırılacaqdır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu