Modern.az

“Azərbaycan 20 ölkənin parlamenti ilə iş aparır...”

“Azərbaycan 20 ölkənin parlamenti ilə iş aparır...”

Parlament

25 Aprel 2012, 09:24

Litva Seyminin 21 üzvü Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Avropa Parlamentinə müraciət edib.

Azərbaycan-Litva parlamentlərarsı əlaqələr üzrə işçi qrupunun rəhbəri Fuad Muradov bununla bağlı bildirib ki, Azərbaycanın əməkdaşlıq etdiyi müxtəlif Avropa ölkələrinin parlamentləri tərəfindən belə müraciətlər hazırlanıb: “Litva Seymi də  Xocalı soyqırımının 20-ci ildönümündən sonra belə bir müraciəti Avropa Parlamentinin deputatlarına yolladı. Bir neçə ildir ki, Avropa palamentariləri ilə Azərbaycanın ərazi bütövlüyü məsələsini, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərdən qoşunların çıxarılması, qaçqın və məcbüri köçkünlərin öz evlərinə qayıtmasını müsakirə edirik.O parlamentarilərin ali qanunverici orqanlarında bununla bağlı qətnamə qəbul olunmasına çalışırıq. Yaxın vaxtlarda belə bir qətnamənin müzakirəsi Litva parlamentində gözlənilir. Eyni zamanda digər ölkələrdə də  bu istiqamətdə işlər görülür. Bu haqda ətraflı məlumat veriləcək”.

Deputat deyib ki, baltikyani ölkələrdə güclü erməni lobbisi mövcüddür: “Eyni zamanda digər dövlətlərin də təzyiqini hiss edirik. Amma buna baxamayaraq  baltikyani ölkələrdə Azərbaycan ərazi bütövlüyü məsələsi hər zaman müdafiə olunur. Təbii ki, burda Azərbaycan Prezidentinin xüsusi xidmətləri var. Onun həmin ölkələrin qərar qəbul edən şəxslərilə görüşləri və bu görüşlər ətrafında müzakirələrin aparılması nəticəsində belə nəticələr əldə olunur. Aprelin 17-də

Avropa parlamentariləri bu istiqamətdə öz qəti mövqelərini bildiriblər.

Onlar müzakirə zamanı özlərinin qəti mövqeyini ortaya qoydular: “Avropa parlamentinin üzvlərinin  qəbul etdikləri sənəddə də açıq yazılır ki,  Ermənistan işğalçı dövlət olaraq Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı və qaçqın və məcbüri köçkünlər öz evlərinə qayıtmalıdırlar. Avropa məkanında bu güni  birmənalı olaraq Azərbaycanın haqlı mövqeyi müdafiə olunur. Artıq bu, sənədlərdə də əks olunur”.

F.Muradov digər 20 ölkənin parlamentilə bu istiqamətdə işlərin aparıldığını deyib: “Biz 20 ölkənin parlamenitlə birbaşa işləyirik. Eyni zamanda ABŞ  Senatında da  işlər gedir. Elə ölkələr var ki, onlar siyasi arenada çox fəal deyirlər, amma biz onlarla a bu işləri davam etdiririk. Azərbaycan dövlətinin gücü göz qabağındadır. Azərbaycanın  hörməti o səviyyədədir ki, artıq böyük və kiçik ölkələrdə Azərbaycanın haqlı mövqeyini bilirlər. Ona görə də yerli parlamentarilər belə  addımlar atırlar”.

Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım