Modern.az

Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu

Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu

Parlament

25 Aprel 2012, 09:32

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Modern.az saytına açıqlamasında bildirib ki, mayın 1-də plenar iclasın gündəliyinə 5 məsələ daxil edilib.

“Plenar iclasın gündəliyinə “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik edilməsi barədə, Mülki Prosesual Məcəlləyə dəyişiklik edilməsi haqqında, Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında, “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik edilməsi haqqında qanun layihələri daxildir.

Eyni zamanda plenar iclasın gündəliyinə “Əqli mülkiyət hüquqlarının təminatı və piratçılğa qarşı mübarizə haqqında” qanun layihəsi də salınıb”.

A.Təvəkülloğlu qeyd edib ki, son qanun layihəsi Hüquq siyasəti və dövlət quruculuğu və Elm və təhsil komitəsində aparılan birgə müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.

“Bu yaxınlarda həmin qanun layihəsi komitədə bu sahəyə aid şəxslərin və mütəxəssislərin birgə müzakirəsində olub və Milli Məclisin plenar iclasına çıxarılması barədə qərar qəbul olunub. Bu çox vacib qanun layihəsidir və parlamentin mayın 1-ə keçriləcək iclasının gündəliyinə salınıb”.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım