Koronavirusa yoluxan NATO-nun keçmiş baş katibi Haviyer Solana sağalıb.
Modern.az xəbər verir ki, bu barədə Haviyer Solana "Twitter"də bildirib.
Haviyer Solana qeyd edib ki, 4 həftə yarımdan sonra xəstəxananı tərk edir: "İndi evə gedirəm. Bu müddət ərzində məni dəstəkləyən bütün dostlarıma təşəkkür edirəm".
Qeyd edək ki, koronavirusa yoluxduğu məlum olduqdan sonra NATO-nun 77 yaşlı sabiq baş katibi Haviyer Solana martın əvvəllərində Madriddə xəstəxanaya yerləşdirilib.