ABŞ-da koronavirusdan ölənlərin sayı artıb.
Modern.az xəbər verir ki, son bir sutkada 1 586 nəfər koronavirusdan ölüb.
Bununla da koronavirusdan ölənlərin sayı 16 374 nəfərə çatıb.
Qeyd edək ki, indiyədək ABŞ-da 460 029 yoluxma qeydə alınıb. Onlardan 24 961-i sağalıb.