Modern.az

Lerikdəki fövqəladə hadisə barədə rəsmi məlumat verildi

Lerikdəki fövqəladə hadisə barədə rəsmi məlumat verildi

Təhsil

25 Aprel 2012, 12:41

Lerik rayonunda gölün məcrasını aşması ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) rəsmi məlumat yayıb. Modern.az saytı xəbər verir ki, FHN-nin  “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Lerik rayonu, Çayrud kəndində suvarma üçün nəzərdə tutulan süni sututarın bəndi dağılıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin müvafiq qüvvələri hadisə rayonuna cəlb olunublar. Müəyyən olunub ki, təqribən, eni 35 m, uzunluğu 45 m, dərinliyi 5 m olan süni sututarın bəndinin dağılması nəticəsində ciddi fəsad yaranmayıb. Aidiyyəti qurumlar tərəfindən müvafiq araşdırma aparılır.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu