Modern.az

Birdəfəlik ödəməni ala bilməyənlərə də mesaj gələcək

Birdəfəlik ödəməni ala bilməyənlərə də mesaj gələcək

Aktual

10 Aprel 2020, 23:59

Birdəfəlik 190 manat məbləğində ödəməni ala bilməyən şəxslərə də mesaj gələcək.

Modern.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov öz Facebook səhifəsində bildirib.

F.Talıbov birdəfəlik ödəmənin təsdiq və inkarı ilə bağlı xəbərdarlığın qeydiyyatdan keçən hər kəsə gələcəyini deyib.

Nazirlik rəsmisi vətəndaşın qeydiyyatdan keçməsinə rəğmən pul ala bilməməsinin səbəblərinin müvafiq mesajla ona bildiriləcəyini diqqətə çatdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...