Modern.az

Ştrasser Azərbaycana gəlməkdən imtina etdi

Ştrasser Azərbaycana gəlməkdən imtina etdi

Təhsil

25 Aprel 2012, 16:02

Modern.az-ın məlumatına görə, Avropa Şurası Parlament Assambleyasının siyasi məhbus məsələləri üzrə məruzəçisi Kristofer Ştrasser Azərbaycana gəlməkdən imtina edib. Məruzəçi həmçininin bundan sonra da Bakıya gəlmək niyyətində olmadığını bildirib.

2009 ilin mart ayında məruzəçi təyin olunan Almaniyalı deputat bu bəyanatını bazar ertəsi günü Avropa Şurasının İnsan haqları Komitəsinin iclasından sonra edib.

K.Ştrasser bunu, rəsmi Bakı tərəfindən dəfələrlə viza verilməsindən imtina edilməsi hallarından sonra onun "qəbuledilməz şərtlərlə" dəvət olunması ilə izah edib.

BBC Azərbaycan Xidmətinə müsahibəsində Kristofer Ştrasser bildirib ki, Azərbaycan höküməti onu martın sonunda Bakıya siyasi məhbus anlayışının müzakirə edilməsi üçün səfər etməyə dəvət edib.

K.Ştrasser bu cür dəvəti qəbul edə bilmədiyini deyib. O, öz qərarını səfərinin hökümətin onunla əməkdaşlıq etdiyi "və hər şeyin qaydasında olduğu" təəssürratının yarana biləcəyindən ehtiyyat etməsilə əsaslandırıb.

O, eləcə də qeyd edib ki, siyasi məhbus anlayışına dair müzakirə qəbulolunmazdır, çünki Avropa Şurasının siyasi məhbus anlayışının tərifi 2-3 ildir ki məlumdur.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu