Modern.az

Koronavirusa görə oruc tutmamaq günah sayılacaq? - CAVAB

Koronavirusa görə oruc tutmamaq günah sayılacaq? - CAVAB

Aktual

11 Aprel 2020, 13:38

Azərbaycanda Ramazan ayı aprelin 25-dən başlayır. Hazırda koronavirus pandemiyasının sürətlə artan tempini nəzərə alsaq, orucluq günlərində də bu xəstəliklə mübarizə aparacağımız qaçılmazdır.

 

Pandemiyanın mövcudluğu dönəmində isə mütəxəssislər tövsiyə edir ki, maksimum dərəcədə orqanizmi sağlam tutmağa çalışmalıyıq. Oruc tutanda isə məlum məsələ, normal qidalanmaq imkanı olmur və bütün günü ac qalırıq. Heç şübhəsiz, bu da immunitetə təsir edir. Bundan başqa xəstə insanlara dində oruc tutmağa icazə verilmir.

 

Bəs yaxşı indi oruc tutmasaq, bu günah olar? Maraqlıdır, koronavirus dövründə bütün günü evdə olduğumuzu nəzərə alsaq, oruc qalmaq belə məqamda bizim səhhətimizə necə təsir edəcək?

 

Hazırkı vaxtda oruc tutmağın orqanizmə təsiri ilə bağlı Modern.az-a danışan həkim Adil Qeybulla deyir ki, indi oruc tutmaq risklidir:

 “Dini ayinlər və orucluq İslamın 5 şərtindən biridir. Amma situasiyadan-situasiyaya fərq var. Belə götürəndə Həcc ziyarəti də o 5 şərtin içərisindədir, amma onu da təxirə salırlar. Düzdür dində var ki, yaşlı və xəstə adamlar oruc tutmaya bilər. Amma indiki məqamda sağlam insanlar da oruc tutmasa olar. Pandemiya sonlanandan  insanlar qəza orucunu yerinə yetirsələr daha yaxşı olar. Çünki orucluq özü ekstremal vəziyyətdir və insan orqanizminə təsir edir. O baxımdan hazırkı ekstremal vəziyyətdə immunitet sistemimizi təhlükəyə atmasaq yaxşı olar. Buna görə Qafqaz Müsəlmanlar İdarəsi nümayəndələrinin qərar verib, insanlara müraciət etmələri məsləhətlidir”.

 

“Əbu Bəkr” məscidinin imam camaatı Hacı Qamət Süleymanov isə  bütün gün evdə oturan adamın oruc tutmaması üçün əsaslı səbəb görümr.

“Bəzən həkimlər namaz qılan xəstəyə deyir ki, 50 qram araq iç düzələcəksən. Amma namaz qılan adam bunu necə içsin? Həkim bunu düşünmür. Koronavirusa yoluxmaq riski insanlarla ünsiyyətdə olur. Yəni adam evdə oturacaqsa, o niyə oruc tutmasın? Amma insanlarla gündəlik ünsiyyətdə olan, virusa yoluxma riski çox olan adamlar müəyyən müddətlik orucu gecikdirə bilər. Bunu da unutmayaq ki, oruc tutmaq İslamın 5 şərtindən biridir, əgər problemli vəziyyət yoxdursa, oruc tutmamaq günah sayılar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...