COVİD-19 təhlükəsinə görə, Türkiyənin 30 şəhər və 1 bölgəsində 10 aprel gecə saat 00:00-dan və 12 aprel gecə saat 00:00-dək küçəyə çıxmaq qadağan edilib.
Maraqlıdır, insanlar qadağalara əməl edirmi?
Məsələ ilə bağlı Modern.az-a danışan jurnalist Məhsəti Şərif deyir ki, küçəyə çıxan yoxdur, amma yoluxma sayı artacaq:
“Hələ ki qadağa iki gün üçün nəzərdə tutulub. Bunun da əsas səbəbi havalar isindiyinə görə insanların həftəsonu parklara piknik etmək üçün getməsidir. Toplu halda virusa yoluxmağın daha riskli olduğu üçün belə qərara alınıb. Hələ ki, müddətin uzadılması ilə bağlı bizə nə isə deməyiblər.
Bir tək apteklər və çörək dükanları açıqdır, marketlər belə bağlıdır. İnsanlar karantin qaydalarına indi əməl edir, küçələr boşdur. Amma dünən axşam qərar açıqlananda hamı küçəyə, marketə çörək almaq üçün axın etdi. Bu da yoluxma sayını artıracaq. Kaş ki, qadağanı bir neçə gün əvvəldən açıqlayardılar ki, axşam küçələrdə belə izdiham olmasın”.