Prezidentin 14 mart 2012-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə ilə Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması, müvafiq qərarların qəbul edilməsi və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi məqsədi ilə Maliyyə Nazirliyinin nəzdində yaradılmış Xüsusi Komissiyanın ilk iclası keçirilib.
İclasda Azərbaycan Respubliksaının maliyyə naziri Samir Şərifov iştirak edib.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Xüsusi Komissiyanın iclasında çıxış edən maliyyə naziri S.Şərifov Fərmanın icrasını təmin etmək məqsədilə qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə icrasını təmin etmək üçün bütün işlərin vaxtında və keyfiyyətlə həyata keçiriləcəyini, Fərmanda qeyd olunduğu kimi 01 iyun 2012-ci il tarixindən fərdi birdəfəlik ödəmələrin verilməsinə başlanılacağını, bununla bağlı əhali arasında geniş maarifləndirmə işlərinin aparılacağını qeyd edib və müvafiq tapşırıqlar verib.
İclasın işində Maliyyə, Ədliyyə, Daxili İşlər, İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Xüsusi Komissiyada təmsil olunan nümayəndələri də iştirak ediblər.
Modern.az