Samux Rayon İcra Hakimiyyətinin yeni başçısı Alı Qocayev rayonun 2012-ci ilin birinci rübünün müzakirə edib.
Modern.az-ın məlumatına görə, hesabat yığıncağında ötən üç ayda iqtisadi, sosial sahələrdə görülən işlərlə yanaşı, nöqsanlara da toxunulub. Bildirilib ki, rayonda elektrik enerjisi verilişində problemlər var. Qazlaşdırma işi lazımi səviyyədə deyil. Həmçinin rayonun bəzi məktəblərinin əsaslı təmirinə ehtiyacı olduğu vurğulanıb. Kücələrin gecə işıqlandırılmasında da sürətli işlərin başlanacağı yığıncaq iştirakçılarının diqqətinə çatdırılıb.