Azərbaycanda ilk dəfə bina daxilində multi diapazonlarda şəbəkə təminatı sistemi işə salınıb. Əksər texnoloji yeniliklər kimi bu dəfə də yeni sistem məhz Azercell Telekom MMC tərəfindən tətbiq edilib.
Modern texnologiya Bakıda yeni açılan “Four seasons” otelində isifadəyə verilib. Yeni sistem yalnız Azercell-in deyil, Azərbaycanda fəaliyyət göstərən hər üç operatorun eyni diapazonda 2G və 3G kanalları ilə abonentlərə mobil rabitə xidməti göstərməsinə imkan verir. Multi operator texnologiyası ötən il sentyabrın 30-dan istismara verilib. Bakcell şirkəti bu ilin yanvarında, Azerfon isə aprel ayında sistemə qoşulub. Hələlik, bütün respublikada yalnız “Four seasons” otelində bina daxili avadanlıq üçün nəzərdə tutulan yeganə multi operator sistemi işləyir. Bu sistem Azərbaycanda ilk dəfə olaraq Azercell tərəfindən yeridilib. Gələcəkdə başqa otellərdə və digər xüsusi təyinatlı binalarda bu cür layihələr həyata keçiriləcək.