Rusiyada koronavirusa yoluxanların sayı kəskin artıb.
Rusiya mediası artıq paytaxtdakı xəstəxanaların koronavirusa yoluxan xəstələri say çoxluğuna görə qəbul edə bilmədiyini yazır.
Rusiya Azərbaycanlı Gəncləri Təşkilatının İdarə Heyətinin üzvü, Rusiyada çalışan azərbaycanlı həkim Samir Əliyev Modern.az-a açıqlamasında koronavirus pandemiyası səbəbindən bu ölkədə vəziyyətin getdikcə pisləşdiyini bildirib:
“Koronavirus epidemiyasına yoluxanların sayı günbəgün artır. Rusiya hökuməti milliyyətindən asılı olmayaraq, xəstəxanalara düşən xəstələrin hamısına əlindən gələn köməyi göstərir. Hazırda ölü sayı 118 nəfərdir. Aprelin 13-dən başlayaraq Rusiyada küçəyə çıxmaq məhdudiyyəti daha da sərtləşdirlib”.
Azərbaycanlı həkimin sözlərinə görə, virusa yoluxanlar arasında azərbaycanlılar da var:
“Rusiyada yaşayan azərbaycanlılar da koronavirusa yoluxub. Dünən Rusiya vətəndaşı olan bir azərbaycanlı koronavirusdan dünyasını dəyişib”.