Türkiyənin Bingöl vilayətinin Karlıova rayonunda Rixter şkalası üzrə 4,3 maqnitudalı zəlzələ olub.
Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 09.38 radələrində baş verən zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.
Təkanlar Batman, Siirt və Tunceli şəhərlərində də hiss edilib.
Karlıovada bəzi evlərin divarlarında çat yaranıb. Tələfat yoxdur.