Diplomatik idarə siyasi məhbuslalr üzrə məruzəçi ilə bağlı mövqe açıqlayıb
Xarici İşlər Nazirliyi Avropa Şurası Parlament Assambleyasının siyasi məhbus məsələləri üzrə məruzəçisi Kristofer Ştrasserin Azərbaycana gəlməkdən imtina etməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məsələ ilə bağlı Modern.az-a açıqlama verib. XİN rəsmisi bildirib ki, K.Ştrasserin Azərbaycana gəlməkdən imtina etməsi onun şəxsi məsələsidir, heç kim buna qarışa bilməz.
“Bu Ştrasserin şəxsi yanaşmasıdır. Onun təbii ki, bu qərarı verməkdə şəxsi məqsədləri var. Bu onun şəxsi qərarıdır. Azərbaycana bir çox ölkələrin vətəndaşları gəlir. Biz əksinə hər bir əcnəbi vətəndaş üçün ölkəmizdə hər bir şəraiti yaradırıq. Sadəcə olaraq, sənədlər düzgün olmadığı müddətdə heç bir problem yarana bilməz. Bu baxımdan K.Ştrasser Bakıya gəlməkdən imtina edirsə bu onun işidir”-deyə E.Abdullayev vurğulayıb.
Qeyd edək ki, AŞPA-nın məruzəçisi K.Ştrasser Azərbaycana gəlməkdən imtina edib. Məruzəçi həmçininin bundan sonra da Bakıya gəlmək niyyətində olmadığını bildirib.O bunu rəsmi Bakı tərəfindən dəfələrlə viza verilməsindən imtina edilməsi hallarından sonra onun "qəbuledilməz şərtlərlə" dəvət olunması ilə izah edib.
Anar RÜSTƏMOV