Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı ABŞ-a Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevi göndərir. Partiya sədri sabah ABŞ-a yola düşəcək. Bu barədə Modern.az-a sözügedən hərəkatda təmsil olunan partiya sədlərindən biri məlumat verib. Mənbənin bildirdiyinə görə, digər partiya sədrlərinin sənədləri qaydasında olmadığı və üçün F.Əliyevin göndərilməsi qərarlaşdırılıb. Səfər zamanı F.Əliyevin Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevlə görüşü planlaşdırılıb. Xatırladaq ki, Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkata Açıq Cəmiyyət, Klassik Xalq Cəbhəsi, Aydınlar, Liberal Demokrat, Azadlıq partiyaları daxildir. Modern.az