Modern.az

Bu ölkədə koronavirus vaksininin sınaqları keçiriləcək

Bu ölkədə koronavirus vaksininin sınaqları keçiriləcək

13 Aprel 2020, 11:30

Çin hökuməti koronavirusa qarşı növbəti vaksinin klinik sınaqlarının keçirilməsinə icazə verib.

 

Modern.az xəbər verir ki, "Wuhan Institute of Biological Products" şirkətinin hazırladığı vaksin, Çində ikinci, dünyada üçüncü sınaqdan keçirilən vaksin olacaq.

 

Kliniki sınaqlar təsadüfi formada həyata keçiriləcək. Sınaqların məqsədi 6 yaşdan yuxarı şəxslərin immun dayanıqlılığının müəyyən edilməsidir.

 

Qeyd edək ki, martın 17-də Çində birinci koronavirus vaksinin kliniki sınaqlarına icazə verilmişdi.

Martın 16-da isə ABŞ-ın Vaşinqton ştatında eksperimental vaksinin insanlar üzərində sınaqları başlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?