Modern.az

Ermənistanda fövqəladə vəziyyətin müddəti 1 ay uzadıldı

Ermənistanda fövqəladə vəziyyətin müddəti 1 ay uzadıldı

13 Aprel 2020, 12:51

Ermənistanda koronavirus epidemiyası ilə əlaqədar elan olunan fövqəladə vəziyyətin müddəti uzadılıb.

 

Modern.az erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə qərar hökumətin növbədənkənar iclasında qəbul edilib.

 

Qərara əsasən, martın 16-da elan edilmiş fövqəladə vəziyyət mayın 14-dək uzadılıb.

 

Əvvəlki qərara əsasən, ölkədə fövqəladə vəziyyət aprelin 14-də bitməli idi.

 

Qeyd edək ki, bu günədək Ermənistanda 1 039 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb, 211 nəfər sağalıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?