Hollandiyada yerli ermənilər 24 aprel “soyqırımı günü” ilə bağlı heç bir tədbir keçirməyəcək.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Asen, Amsterdam və Almelo şəhərlərində abidələrə gül qoyulmaqla aksiya sonlanacaq.
Hollandiyanın erməni təşkilatlarının sədri Mato Axveryan “Abovyan” mədəniyyət mərkəzi, Haaqada bazar günü məktəbi və s. obyektlərin koronavirusa görə bağlı olduğunu diqqətə çatdırıb.
Virusa görə 24 aprel tədbirlərini kütləvi qeyd etməyəcəklərini deyən diaspor rəhbəri Nikol Paşinyanın Hollandiya səfərinin də təxirə düşdüyünü xatırladıb.