Modern.az

XIN: ”Gürcüstan MDB çərçivəsində Azərbaycanla sazişlərdən imtina etməyib”

XIN: ”Gürcüstan MDB çərçivəsində Azərbaycanla sazişlərdən imtina etməyib”

Təhsil

26 Aprel 2012, 09:44

“Gürcüstan Müstəqil Dövlətlər Birliyindən (MDB) ayrılsa da, qurum daxilində Azərbaycanla imzaladığı sazişlərdən imtina etməyib”.  
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Modern.az-a a açıqlamasında Gürcüstanın MDB çərçivəsində imzaladığı bütün rəsmi sənədlərdən imtina etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. XİN rəsmisi qeyd edib ki,  Gürcüstan MDB üzrə Azərbaycanla imzaladığı sazişləri ləğv etməyib.

“Azərbaycanla Gürcüstan arasında bir sıra ikitərəfli müqavilələr var. Gürcüstan tərəfinin imtina etdiyi hər hansı müqavilə yoxdur. MDB çərçivəsində bizim müxtəlif ölkələrlə ikitərəfli müqavilələrimiz olub. O cümlədən Gürcüstanla.  Hər iki ölkə arasında hazırda da qüvvədə olan ikitərəfli sazişlər işlək haldadır”-deyə E.Abdullayev bildirib.

Qeyd edək ki, Gürcüstanın xarici işləri nazirinin müavini Nino Kalandadze MDB çərçivəsində imzaladıqları  bütün sənədlərdən imtina edəcəklərini bildirib.

Xatırladaq ki, Gürcüstan 1993-cü ildə MDB-yə daxil olub. 2008-ci ilin avqust müharibəsi zamanı qurumu tərk etdiyini bəyan edib. Rəsmi olaraq Tiflis 2009-cu ildən MDB-dən çıxıb. Buna baxmayaraq Gürcüstan MDB daxilində imzalanmış 75 beynəlxaq və ikitərəfli sazişlərin iştiirakçısı kimi qalırdı.  Hazırda belə sazişlərin yalnız 30-u qalıb.

Anar Rüstəmov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu