Ermənistan Türkiyədən koronavirusla mübarizə üçün yardım istəmədiyini deyib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan açıqlama verib.
O yalnız Ermənistan vətəndaşlarının Türkiyədən təxliyəsi üçün diplomatik kanallarla əlaqə saxladıqlarını əlavə edib.
“Türkiyə ilə əməkdaşlıq bu çərçivədən çıxamayıb və onlardan bundan kənar yardım istəməmişik”.
O həmçinin, Çinin Ermənistana göndərdiyi humanitar yardım paketlərində Türkiyə ərazisində yerləşən Ağrıdağın təsvirinə də reaksiya verib.
Naqdalyan üçüncü ölkənin Ermənistana yardımını Türkiyənin siyasiləşdirmək istədiyini söyləyib.
Rəsmi Yerevan sərhədlərin bağlı qalması fonunda Ankara ilə etimad yaratmaq üçün müvafiq mühitin olmamasında da şikayətlənib.