ABŞ Dövlət Departamenti yaxın günlərdə dünyada KİV-lərə yönəlik zorakılıq hallarına qarşı özünün xüsusi mövqeyini açıqlayacaq. Modern.az bildirir ki, bu barədə Amerikanın Azərbyacandakı səfirliyindən məlumat verilib. Məlumatda deyilir ki, Dövlət Departamenti hökumətləri insanların beynəlmiləl hüququ olan ifadə azadlığını müdafiə etməyə çağıracaq.
“3 may Dünya Mətbuat Günü yaxınlaşdıqca bütün dünyada jurnalistlər susdurulur. Bir çox yerlərdə xəbər verməyə çalışarkən və ya ifadə azadlığını istifadə edərkən jurnalistlər həbs olunur, hücuma və ya təzyiqlərə məruz qalır, öldürülür və ya itkin düşürlər.
Üzümüzə gələn günlərdə ABŞ-ın Dövlət Departamenti jurnalistlərə olan bu cür təhdidlərin simvolik hallarını işıqlandıracaq və hökumətləri insanların beynəlmiləl hüququ olan ifadə azadlığını müdafiə etməyə çağıracaq”-deyə səfirlikdən bildiriblər.