Türkiyədə yenı növ koronovirusdan (COVID-19) bu gün daha 98 nəfər ölüb.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində yazıb.
Nazir vurğulayıb ki, son 24 saatda 34456 şübhəli koronavirus testindən keçib: "Onlardan 4093-nün cavabı pozitiv çıxıb. Türkiyədə yeni növ koronavirusdan indiyədək 1296 nəfər ölüb, 61049 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1786 nəfəri reanimasiyadadır, 3957 nəfərin isə müalicəsi müsbət nəticə verib.
Bu gün müalicə olunan 511 xəstə evə buraxılıb".
Qeyd edək ki, indiyədək Türkiyədə 410556 nəfər testdən keçdiyini qeyd edib.