İtaliyada koronavirusdan ölənlərin sayı yenidən artıb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, son bir sutkada koronavirusa yoluxan daha 566 nəfər dünyasını dəyişib.
İtaliyanın Səhiyyə Nazirliyinin məlumatına görə, bununla da ölkədə pandemiyadan ölənlərin sayı 20 465-ə çatıb.
Koronavirusa yoluxanların sayı isə 3 153 nəfər artaraq 159 516-ya yüksəlib.