Modern.az

FİFA “Xəzər-Lənkəran”-ın 6 xalını geri qaytardı

FİFA “Xəzər-Lənkəran”-ın 6 xalını geri qaytardı

Təhsil

26 Aprel 2012, 10:06

FİFA “Xəzər-Lənkəran” klubunun silinmiş 6 xalını geri qaytarıb. Bu barədə Modern.az-a klubun mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev məlumat verib.

Bildirilib ki, klubun müraciət etdiyi İdman Arbitraj Məhkəməsi məsələ ilə bağlı FİFA-ya müraciət edib və ali futbol qurumu 6 xalın silinməsinin düzgün olmadığını etiraf edib.

“FİFA bizə cəriməni ödəmək üçün 3 həftə vaxt vermişdi. Amma bu müddət bitməmiş, yəni 18 gündən sonra bizə cəza tətbiq etdilər. İndi isə müraciətimizə baxıb, məlum oldu ki, biz cəriməni göstərilən vaxt çərçivəsində ödəmişik”.

Qeyd edək ki, “Xəzər-Lənkəran”ın keçmiş futbolçusu Romulo Silvano Silva ilə arasında yaranan pul mübahisəsinə görə FİFA-nın klubun hesabından 6 xal silinməsi barədə verdiyi qərardan sonra cənub klubu ikinci yerdən dördüncü yerə enmişdi.

Xallar geri qaytarılmamışdan əvvəl “Xəzər-Lənkəran”ın hesabında 48 xal var idi. İndi isə cənub klubu 54 xalla ikinci yerdə qərarlaşıb.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu