Modern.az

Hərbi hissəni özbaşına tərketməyə görə inzibati həbs verilə bilər

Hərbi hissəni özbaşına tərketməyə görə inzibati həbs verilə bilər

14 Aprel 2020, 09:42

İnzibati Xətalar Məcəlləsinə yeni 613-cü maddənin əlavə edilməsi təklif edilir.

 

Modern.az xəbər verir ki, bu maddə hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə adlanır. 613.1- ci maddəyə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantının hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi 3 gündən çox olmayaraq törədildikdə 10 günədək müddətdə inzibati həbs tətbiq olunur.

 

613.2-ci maddəyə təklif edilir ki, zabitin, gizirin, miçmanın müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi 10 gündən çox olmayaraq törədildikdə 20 günədək müddətdə inzibati həbs tətbiq olunsun.

 

613.3-cü maddəyə təklif edilir ki, bu məcəllənin 613.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən1 il ərzində təkrar törədilməsinə görə, 10 gündən 20 günədək müddətdə inzibati həbs tətbiq edilsin.

 

613.4-cü maddəyə təklif edilir ki, bu Məcəllənin 613.2-ci maddəsində nəzərdə tutulmuş əməllərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə, 15 gündən 1 ayadək müddətdə inzibati həbs tətbiq olunsun. (Qafqazinfo.az)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər