Beynəlxalq Valyuta Fondu (IMF) cari il üzrə qlobal iqtisadi artım proqnozunu aşağı salıb.
Modern.az xəbər verir ki, IMF koronavirusla əlaqədar bu il qlobal iqtisadi artımın 3 faiz azalacağını nəzərdə tutur. Fondun əvvəlki proqnozu 3,3 faiz artım idi.
Fond 2021-ci il üzrə qlobal iqtisadi artım proqnozunu isə 3,4 faizdən 5,8 faizə yüksəldib.