Rusiya Federasiyasında son sutka ərzində koronavirusa 3388 nəfər yoluxub.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu 1 gündə qeydə alınan ən yüksək yoluxma faktıdır.
Hazırda Rusiyada 24 490 nəfər koronavirusa yoluxub. Onlardan 198 nəfəri ölüb, 1986 nəfər isə sağalaraq evə buraxılıb.