Modern.az

Ukrayna Rusiyanı “Olxa” və “Neptun”larla HƏDƏLƏDİ

Ukrayna Rusiyanı “Olxa” və “Neptun”larla HƏDƏLƏDİ

15 Aprel 2020, 13:48

“Rusiya iri miqyaslı hərbi əməliyyatlara başlasa, Ukrayna atəş sistemləri “Olxa”dan istifadə edəcək”.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Pavloqrad kimya zavodunun direktoru Leonid Şinman deyib.

 

O uzaq mənzilli raketlər arasında məhz “Olxa”nın kütləvi istehsalına başladıqlarını əlavə edib. “Olxa-M” raketləri “Smerç”in bazasında modernləşdirilib və 130 kilometr məsafəyə qədər hədəfi vura bilərlər.

 

 

Ukraynanın keçmiş spikeri Aleksandr Turçinov isə “Neptun” raketlərindən istifadə edərək Rusiya ordusuna zərbə endirəcəklərini söyləşmişdi. “Neptun” raketləri isə 150 kilometr məsafədə hədəfi məhv edə bilər.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?