Modern.az

Koronavirusa qarşı ilk peyvənd vurulan şəxs: “Hiss edilə biləcək ağrılar yarandı”

Koronavirusa qarşı ilk peyvənd vurulan şəxs: “Hiss edilə biləcək ağrılar yarandı”

15 Aprel 2020, 14:18

Amerikalı Cennifer Haller koronavirusa qarşı peyvəndin üzərində sınandığı ilk insan olub. Modern.az xəbər verir ki, o təəssüratlarını “The Telegraph” qəzeti ilə bölüşüb.

 

 

44 yaşlı 2 uşaq anası Vaşinqton ştatındakı texnoloji startaplardan birində çalışır. O, Facebook-da koronavirusa qarşı eksperimental peyvəndin sınaqları üçün könüllü axtarıldığı üçün müraciət edib. Peyvəndin sınağını Sietl şəhərində yerləşən “Kaiser Permanente” tədqiqat institutu həyata keçirir.

 

 

Test könüllüyə 28 gün intervalla 2 peyvəndin vurulmasını və sonra 1 il onun müşahidə altında qalmasını nəzərdə tutur.

“Mənə ilk inyeksiyanı martın 16-da sol çiynimdən vurdular. Prosedur bir neçə saniyə çəkdi. İlk gün temperaturum bir az qalxdı. İkinci gün əlimdə hiss edilə biləcək ağrılar yarandı. Bununla hər şey bitdi. Bundan sonra hər şey yaxşı idi. Adi qripə qarşı peyvənd kimi bir şeydir. Mənə ikinci inyeksiya bir neçə həftəyə vurulacaq”.

 

 

Cennifer Haller 2021-ci ilin yazına qədər həkim nəzarəti altında qalacaq. Bu müddətdə o, hər gün öz təssüratlarını və səhhəti barədə qeydlər aparmalıdır.

Peyvəndi hazırlayan “Kaiser Permanente” mərkəzinin həkimləri virusun yalnız peyvənd tapıldıqdan sonra tam yox ola biləcəyini bildirirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?