Modern.az

Azərbaycanda koronavirusa yoluxanların YAŞ QRUPU

Azərbaycanda koronavirusa yoluxanların YAŞ QRUPU

15 Aprel 2020, 18:48

Azərbaycanda koronavirusa yoluxanlardan 640 nəfəri kişi, 557 nəfəri isə qadınlardır.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

 

Onun sözlərinə görə, virusa yoluxanlar yaş qruplarına görə 0-9 yaş arasında 66 nəfər, 10-19 yaşarası 60, 20-29 yaşarası 175, 30-39 yaşarası 214, 40-49 yaşarası 198, 50-59 yaşarası 248, 60-69 yaşarası 157, 70-79 yaşarası 56 nəfərdir.

80 və yuxarı yaş qrupunda isə 23 nəfərdə yoluxma qeydə alınıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi