Moskvada daha 7 nəfər koronavirusdan dünyasını dəyişib.
Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, bununla da paytaxtda epidemiyadan ölənlərin sayı 113 nəfərə çatıb.
Məlumata görə, ölənlər 36-86 yaş aralığındadır. Onlarda şəkərli diabet, kardioskleroz, onkoloji xəstəliklər də müşahidə olunub.
Qeyd edək ki, Rusiyada koronavirusa yoluxan 24 490 nəfərdən 15 000-ə yaxını Rusiya paytaxtının sakinidir.