Modern.az

Azərbaycanda daha 2 siyasi partiya QEYDİYYATA ALINDI

Azərbaycanda daha 2 siyasi partiya QEYDİYYATA ALINDI

16 Aprel 2020, 19:50

Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycanda müxtəlif yönümlü, məram və məqsədləri ilə fərqlənən 55 siyasi partiya dövlət qeydiyyatına alınıb.

 

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, bu gün respublikamızda müxtəlif siyasi partiyalar qanunvericilik hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında təmsil olunmaqla ictimai-siyasi həyatda yaxından iştirak edirlər. 

Altıncı çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı dövlət başçısının irəli sürdüyü partiyalararası geniş dialoqun aparılmasının vacibliyi ilə bağlı tövsiyəsi, artıq Prezident Administrasiyasında partiya rəhbərləri ilə müzakirələrin keçirilməsi, müxtəlif partiyaların nümayəndələrinin Milli Məclisin və komitələrinin rəhbərliyində təmsil olunması ölkədə çoxpartiyalı sistemin təkmilləşdirilməsinə xidmət edir.

 

Bu günlərdə Ədliyyə Nazirliyində Azad Demokratlar Partiyasının və Yeni Zaman Partiyasının qeydiyyat ilə bağlı müraciətlərinə əsasən təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu məsələsi öyrənilib və onların dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilib.

 

Bununla bağlı, aprel ayının 16-da Ədliyyə Nazirliyinin rəhbərliyi ilə qeydiyyata alınmış partiyaların sədrləri Sülhəddin Əkbər və Musa Ağayev arasında görüş keçirilib və onlara dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim edilib. Partiya rəhbərləri ölkə başçısının iradəsi ilə çoxpartiyalı sistemin inkişafı sahəsində başlanmış prosesi dəstəklədiklərini vurğulayaraq, görülən işlərlə bağlı razılıqlarını ifadə etmiş və bu istiqamətdə atılan addımların dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliklərini bildiriblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi