Modern.az

Gürcüstanda koronavirusa yoluxanların sayı 340-a çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 340-a çatdı

16 Aprel 2020, 20:29

Gürcüstanda koronavirusa 4 yeni yoluxma halı qeydə alınıb.

Modern.az  “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 340 nəfərə çatıb. Onların 76-sı sağalıb, 3-ü isə dünyasını dəyişib.

Karantində 5 000, stasionar nəzarətdə isə 494 nəfər saxlanılır.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?