Modern.az

DSX-nin hərbi qulluqçusu fədakarlıq göstərdi

DSX-nin hərbi qulluqçusu fədakarlıq göstərdi

Hadisə

17 Aprel 2020, 08:56

Neftçala rayonunun Bankə qəsəbəsində fərdi yaşayış evində baş verən yanğın zamanı Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirib.

 

DSX-nin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, 14 aprel tarixində yanğın baş verən ərazinin yaxınlığında müvəqqəti yaşayan DSX-nin Sahil Mühafizəsinin hərbi qulluqçusu kiçik gizir Əliyev Vasif Asif oğlu yanğını görən kimi dərhal hadisə yerinə hərəkət edib. FHN-in Yanğınsöndürmə komandası yanğının genişlənməsinin və digər evlərə keçməsinin qarşısını alarkən, həyatı üçün təhlükəyə baxmayaraq fədakarlıq göstərərək yanan evə daxil olan sərhədçi, köməksiz vəziyyətdə qalan qəsəbə sakini 1987-ci il təvəllüdlü Seyfullayev Famil Fədail oğlunu xilas etmişdir.

 

Xilasetmə prosesində tüstüdən zəhərlənərək xəsarət almış kiçik gizir V.Əliyev təcili yardım maşını ilə Salyan rayon Mərkəzi Xəstəxanasına aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Hal-hazırda onun vəziyyəti yaxşıdır. 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi