Modern.az

e.sosial.az portalına müraciət edən işsizlərin nəzərinə - Təkrar qeydiyyat...

e.sosial.az portalına müraciət edən işsizlərin nəzərinə - Təkrar qeydiyyat...

17 Aprel 2020, 10:44

“İşsizlər üçün nəzərdə tutulan birdəfəlik ödəməni almaq məqsədilə elektron qaydada müraciət edən vətəndaşların Məşğulluq İdarələrində yenidən işsiz kimi qeydiyyata düşməsinə ehtiyac yoxdur”.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

F.Talıbov qeyd edib ki, vətəndaşın e.sosal.az portalına müraciəti onun işsiz statusu almaq üçün edilən müraciətdir:

“Yəni eyni prosesi iki dəfə təkrarlanmasına, e.sosial.az portalında qeydiyyata düşdükdən sonra Məşğulluq İdarəsinə müraciət etməsinə ehtiyac yoxdur. Vətəndaşın işsiz olub-olmaması, ona birdəfəlik ödəmənin verilib-verilməyəcəyi araşdırılacaq. Əgər portalda qeydiyyatdan keçibsə, onun məlumatları emal olunaraq, nəticəsi barədə SMS göndəriləcək”.

 

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi