Müxalifət partiyaları bu gün mitinqlə bağlı son qərarını verəcək
İctimai Palata mayın 6-na təyin etdiyi növbəti mitinqlə bağlı bu gün yekun qərarını verəcək. İP-in Koordinasiya Şurasının üzvü Gülağa Aslanlının Modern.az-a verdiyi məlumata görə, təşkilatın bugünkü iclasında mitinqin yeri və vaxtı ilə bağlı məsələlər müzakirəyə çıxarılacaq.
G.Aslanlının sözlərinə görə, bundan öncəki razılaşdırılmış mitinqlərdən fərqli olaraq bu dəfə Bakı Şəhər İcra Hakimiyyətinin tövsiyyə etdiyi yerə ola bilsin ki, getməsin.
“İctimai Palata bu gün saat 3-də bir araya gələrək 6 may mitinqi ilə bağlı son qərarını verəcək. Mitinqin harada keçirilməsi, alternativ yerlərin göstərilməsi bugünkü tədbirdə bəlli olacaq. Ola bilsin ki, biz bu dəfə şəhərin mərkəzində və yaxud başqa bir yerdə mitinq üçün yer istədik. Lakin son qərarı Koordiyasiya Şurası verəcək”-deyə G.Aslanlı qeyd edib.
Anar RÜSTƏMOV