Modern.az-ın məlumatına görə, ISESCO və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2012-ci ilin aprel ayının 27-28-də Bakıda “İslam Dünyası gənclərinin Klassik Musiqi Ifaçılarının 1-ci beynəlxalq müsabiqəsi” keçiriləcək. Müsabiqədə 20 yaşınadək gənclərin qatılacağı müsabiqədə 28 ölkənin (Türkiyə, Misir Ərəb Respublukası, Mərakeş, Küveyt, Qazaxstan, Özbəkistan, Rusiya (Tatarstan), Azərbaycan) istedadlı gənci finala çıxmaq uğrunda iki yaş qrupu üzrə beynəlxalq münsiflər heyəti qarşısında çıxış edəcəklər.
Qeyd edək ki, yarış Bakı Musiqi Akademiyasının iştirakı ilə, “Kainat” Gənclik Mərkəzi tərəfindən təşkil edilir.
Finalçıların Qala-konserti və qaliblərin mükafatlandırılma mərasimi 2012-ci ilin aprel ayının 28-də saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.
Modern.az