Modern.az

Əli Kərimli AXCP-yə ofis almaq istəyir

Əli Kərimli AXCP-yə ofis almaq istəyir

27 Aprel 2012, 16:07

 

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı partiyanın yeni ofis alması ilə bağlı yayılan məlumatları təkzib edib. F.Qəhrəmanlı məsələ ilə bağlı Modern.az-a açıqlamasında bu xəbərlərin doğru olmadığını bildirib. AXCP nümayəndəsinin sözlərinə görə, belə bir məsələ partiyanın gündəliyində yoxdur.

“İndiki dönəmdə partiyaya yeni ofis almaq üçün bizim maddi durumumuz yetərli deyil. Ofis almaq üçün böyük vəsait tələb olunur. Bu baxımdan deyə bilərəm ki, maddi vəziyyətimiz hazırda buna imkan vermir. Biz sadəcə icarəyə ofis götürməyə cəhd eləsək də, bizdən aslı olmayan səbəblərdən baş tutmadı”-deyə F.Qəhrəmanlı vurğulayıb.

Partiya rəsmisinin səzlərinə görə, qərargah probleminin müvəqqəti həlli üçün dəfələrlə icarəyə ofis götürməyə çalışsalar da, bu, baş tutmayıb:

“AXCP hal-hazırda qərargahsız fəaliyyət göstərir. Bizim bu problemi həll etmək üçün göstərdiyimiz səylər bir nəticə verməyib. İcarəyə ofis götürmək üçün mülk sahibləri ilə danışıqlarımız olsa da, bu məsələ reallaşmadı”.

Qeyd edək ki, bir neçə gündür AXCP-nin yeni ofis almasına dair müstəlif məlumatlar yayılıb.


Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu