Modern.az

Karantin vaxtı damda qumar oynayanlar SAXLANILDI

Karantin vaxtı damda qumar oynayanlar SAXLANILDI

18 Aprel 2020, 09:06

Astarada polis damda qumar oynayanları saxlayıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Şahağacı kəndinin sakini olan 6 nəfərin yaşadıqları kənddə hazırda istifadə olunmayan tikilinin damında qumar oynadıqları aşkar olunub.

 

Xüsusi karantin rejimi qaydalarını pozan həmin şəxslər saxlanılaraq şöbəyə gətirilib.

 

Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb və inzibati qaydada həbs olunublar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir