Modern.az

“Şanslı bilet” lotereya kampaniyasının 1-ci tirajı keçirilib

“Şanslı bilet” lotereya kampaniyasının 1-ci tirajı keçirilib

27 Aprel 2012, 16:56

135 Azercell abunəçisi “Eurovision 2012” müsabiqəsinin finalına bilet qazandı 

Azercell Telekom MMC-nin “Eurovision 2012” ərəfəsində start verdiyi “Şanslı bilet” stimullaşdırıcı lotereya kampaniyasının 1-ci tirajı keçirilib. İlk tirajda  135 nəfər Azercell abunəçisi  “Eurovision 2012”  finalına bilet qazanıb. Məlumat üçün bildirək ki, “Şanslı bilet” stimullaşdırıcı lotereya kampaniyasına qoşulmaq çox asandır.  Belə ki, sadəcə 29 AZN ödəməklə Eurovision USB modemini alan abunəçilər Azercell nömrəsi vasitəsilə öz data kart nömrəsini qısa mesaj vasitəsilə 8222 nömrəsinə göndərərək, avtomatik olaraq lotereyanın iştirakçısına çevrilirlər.

Lotereyanın qaliblərini müəyyən etmək məqsədi ilə Azercell tərəfindən daha 2  tiraj təşkil olunacaqdır (8 may və 22 may tarixlərində).  Keçirilən tirajlarda 26.05.2012 tarixində “Bakı Kristal Zal”-da keçiriləcək “Eurovision 2012” mahnı müsabiqəsinin final konsertinə toplam 400 bilet oynanılacaqdır. 

Qeyd edək ki, hər nömrə lotereyada bir dəfə iştirak edə bilər. Bundan əlavə kampaniya çərçivəsində alınmış Eurovision USB modemlərinə hədiyyə olaraq cari və növbəti faktura dövrü ərzində hər faktura dövrü üçün 1 GB pulsuz mobil internet trafiki verilir. Əlavə hər 1 MB üçün abunəçi 0,02 AZN (ƏDV daxil) ödəyir.

“Şanslı bilet” stimullaşdırıcı lotereya kampaniyasına qoşulun və  “Eurovision 2012” sevincini Azercell-lə birgə yaşayın.

 

 

 

 

 

 

 

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu