Modern.az

Bakcell məktəblilər arasında yarış keçirib

Bakcell məktəblilər arasında yarış keçirib

27 Aprel 2012, 17:33

Aprelin 27-də Azərbaycana Birgə Yardım Təşkilatı (United Aid for Azerbaijan), Bakcell şirkətinin dəstəyi ilə Gəncə Təhsil İdarəsinin 45 saylı yardımçı məktəbində  xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında “Mən də varam “adlı idman yarışı keçirilib.

Bu idman yarışı Bakcell-in Korporativ Sosial Məsuliyyət Proqramının dəstəyi ilə UAFA tətəfindən həyata keçirilən “Ünsiyyət problemli uşaqların incəsənət vasitəsilə bacarıqlarının artırılması” layihəsinin komponentlərindən biridir. Layihə çərçivəsində ünsiyyət problemli uşaqlara rəsm, eyni zamanda rəqs, foto, tikiş, idman dərsləri keçilir, onlara öz fikir və təxəyyüllərini bu yolla ifadə etmək imkanı verilir.

Artıq iki ildir ki, bu idman məşğələlərinə qatılan uşaqların fiziki bacarıqlarında ciddi inkişaf nəzərə çarpır. İdman dərsləri həm qrup, həm də fərdi məşğələlər şəklində təşkil olunur.

Fiziki qüsurlu uşaqların idman dərslərinə cəlb olunmasında Gəncə şəhər Gənclər və İdman Baş Idarəsi və AR Xüsusi Olimpiya Komitəsi xüsusi rol oynayıb. “Mən də varam” adlı müsabiqənin əsas məqsədi Gəncə şəhərində yaşayan əlilliyi olan istedadlı uşaqları üzə çıxararaq onları Respublika Xüsusi  Olimpiya və Parolimpiya yığma komandasına cəlb etməkdir.

Bu yarış layihə çərçivəsində keçirilən ilk tədbir deyil. İki il ərzində Backell və UAFA arasındakı əməkdaşlıq çərçivəsində idman dərslərinə qatılan uşaqlar bir neçə respublika səviyyəli idman yarışlarda iştirak edərək qızıl, gümüşvə bürünc medallara layiq görülüblər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu