Modern.az

TQDK şagirdlərlə bağlı DİN-ə müraciət edəcək

TQDK şagirdlərlə bağlı DİN-ə müraciət edəcək

Təhsil

27 Aprel 2012, 18:04

TQDK buraxılış imtahanlarında yeni islahatlarla başlayıb. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2012/2013-cü tədris ili üçün respublikanın orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan gənclərin imtahanlarda iştiraklarının təmin edilməsi üçün şəxsiyyət vəsiqələrinin olması labüddür (16 yaşı tamam olmuş şəxslər şəkilli, 16 yaşına çatmayanlar isə şəkilsiz şəxsiyyət vəsiqəsi).

 Bunu nəzərə alaraq, buraxılış sinfini başa vuran Azərbaycan Respublikası vətəndaşları şəxsiyyət vəsiqələrini operativ qaydada əldə etməlidirlər.

Qeyd edək ki TQDK Daxili İşlər Nazirliyinə şagirdlərin və abituriyentlərin şəxsiyyət vəsiqəsinin alınması prosesinin operativ qaydada həyata keçirilməsi üçün müraciət edəcəkdir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu