Modern.az

Ermənistanda koronavirusa yoluxanların sayı 1291-ə çatıb

Ermənistanda koronavirusa yoluxanların sayı 1291-ə çatıb

Dünya

19 Aprel 2020, 11:30

Ermənistanda koronavirusa yoluxanlarla bağlı bu gün rəsmi məlumat elan edilib.

 

Modern.az armeniasputnik.am-a istinadən bildirir ki, Ermənistanda koronavirusa yoluxanların sayı 1291-ə çatıb.

 

Bu gün ölkədə 43 yeni yoluxma hadisəsi aşkar edilib.

 

Son məlumatlara görə, ölkədə COVID-19-dan 20 nəfər ölüb.

 

Qeyd edək ki, hazırda Ermənistanda bu infeksiyadan müalicə olunanların sayı 726 nəfərdir, cəmi 12 min 680 nəfər test edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış