Modern.az

Gəncə Çexiyanın Olomouç şəhəri ilə qardaşlaşdı - FOTOLAR

Gəncə Çexiyanın Olomouç şəhəri ilə qardaşlaşdı - FOTOLAR

28 Aprel 2012, 09:47

Modern.az xəbər verir ki, ötən gün Çexiyaya səfər edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu ölkənin Olomouç şəhərində olub.
Burada Elmar Vəliyev Olomouç şəhərinin rəhbərliyi ilə Gəncə və Olomouçun qardaşlaşması ilə bağlı sənəd imzalayıb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı və Olomouç şəhərinin rəhbəri Martin Tesarjik iki şəhər arasında həmçinin əməkdaşlıq haqqında da saziş imzalayıblar. İmzalanma mərasimində Azərbaycanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə, Olomouç şəhərinin administrasiyanın üzvləri, Olomouç universitetinin rektoru, Azərbaycan diaporasının nümayəndələri və jurnalistlər də iştirak ediblər.




Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu