Modern.az

"Yuventus" Zidanı baş məşqçi vəzifəsinə gətirmək istəyir

Dünya

19 Aprel 2020, 16:36

Turinin "Yuventus” klubu baş məşqçi postunda Maurisio Sarrinin əvəzetməsi kimi Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidanı görür.

 

Modern.az xəbər verir ki, bu barədə “Le10sport.com” bildirib.

 

Məlumata görə, Zidan klubun prezidenti Florentino Pereslə pis münasibətlərə görə Madrid "Real”ını tərk edə bilər və "Yuventus" bundan istifadə etmək niyyətindədir.

 

Bildirilir ki, Turin klubunun nümayəndələri artıq fransız mütəxəssislə əlaqə saxlayıblar.

 

Zidan futbolçu karyerası ərzində 1996-cı ildən 2001-ci ilə qədər "Yuventus"da çıxış edib. O, komadanın heyətində iki dəfə İtaliya çempionu olub, 1998-ci ildə keçirilən dünya çempionatında Fransa yığmasının heyətindəki müvəffəqiyyətli çıxışından sonra "Qızıl top" mükafatı alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış